AZ

Azərbaycanda investisiya şirkəti dövlətə 5 mln. manata yaxın borc verir

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları üzrə ümumilikdə  5 mln. manata yaxın (4.854.619,39) manat dəyərində xüsusi əhəmiyyətli əqd həyata keçirib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu qərar 15 sentyabr 2025-ci il səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilib.

Xatırladaq ki,  “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.

 

Seçilən
40
banker.az

1Mənbələr