AZ

Tramp İrana qarşı “qələbə” elan edib müharibəni bitirə bilər

Ağ Evdə müharibənin dayandırılması ilə bağlı siyasi və strateji hesablamalar güclənir...

ABŞ prezidenti Donald Trump İrana qarşı iki ay davam edən müharibə fonunda birtərəfli qaydada “qələbə” elan edərək hərbi əməliyyatları dayandırmaq imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Məlumata görə, minlərlə insanın həyatına son qoyan bu münaqişə Ağ Ev üçün ciddi siyasi yükə çevrilib.

Üç məlumatlı mənbənin bildirdiyinə görə, ABŞ kəşfiyyat qurumlarına administrasiyanın yüksək vəzifəli nümayəndələrinin sorğusu əsasında Tehranın belə bir addıma necə reaksiya verə biləcəyi araşdırılır. Bu analiz potensial olaraq münaqişənin dayandırılmasının nəticələrini qiymətləndirməyə yönəlib. Rəsmilərdən bəziləri hesab edir ki, müharibənin uzanması qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyası üçün ciddi itkilərə səbəb ola bilər.

Ağ Evin nümayəndəsi agentliyə açıqlamasında Donald Trump üzərində müharibəni bitirməsi üçün daxili təzyiqlərin “çox böyük” olduğunu bildirib. Eyni zamanda, Reuters/Ipsos tərəfindən ötən həftə dərc edilən sorğunun nəticələrinə əsasən, amerikalıların cəmi 26 faizi hərbi kampaniyanın xərclərini doğrultduğunu düşünür, yalnız 25 faizi isə onun ABŞ-nin təhlükəsizliyini artırdığını hesab edir.

Ağ Evdə son müzakirələrdən xəbərdar olan üç mənbənin sözlərinə görə, Donald Trump həm şəxsi siyasi mövqeyi, həm də Respublikaçılar Partiyasının seçki perspektivləri baxımından bu münaqişənin qiymətini yaxşı anlayır. Bu səbəbdən mümkün “qələbə” elanının həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş siyasi addım kimi qiymətləndirildiyi bildirilir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr