AZ

Kareliyada II Dünya Müharibəsinə aid “Airacobra” qırıcısının qalıqlarıTAPILDI

Kareliya Respublikasının Olonetski rayonunda İkinci Dünya Müharibəsinə aid "Bell P-39 Airacobra" qırıcısının qalıqları aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Vidlitsky Rubezh özünün "VKontakte" səhifəsində məlumat yayıb.

Məlumata görə, təyyarənin yalnız bir neçə hissəsi günümüzə qədər qorunub saxlanılıb. Qalıqlar yerli sakinin verdiyi məlumat əsasında tapılıb.

Qeyd olunur ki, "Bell P-39 Airacobra" öz dövrü üçün qeyri-adi konstruksiyaya malik olub. Təyyarənin mühərriki kokpitin arxasında yerləşir və uzun val vasitəsilə pervanəyə qoşulurdu. Bu model saatda 585 km sürət yığa və 900 km-dən artıq məsafə qət edə bilirdi.

Bildirilib ki, bu tip Amerika istehsalı döyüş təyyarələri Lend-Lease proqramı çərçivəsində Sovet İttifaqına verilib.

Axtarış qrupu vurğulayıb ki, bu təyyarələrdə SSRİ-nin ən məşhur pilotları – Aleksandr Pokrışkin, Qriqori Reçkalov, Aleksandr Klubov, Nikolay Qulayev, Pavel Kamozin, eləcə də Dmitri Qlinka və Boris Qlinka qardaşları döyüşlərdə mühüm uğurlar qazanıblar.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
55
1
redaktor.az

2Mənbələr