AZ

Nyu Yorkda elektrikli uçan taksi təqdim edildi

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Elektrikli hava taksiləri Nyu-York ştatında Manhetten və Con Kennedi Hava Limanı arasında ilk sınaq uçuşunu həyata keçirib.

Banco.az xəbər verir ki, CNN Internationalın məlumatına görə, uçuşu "Joby Aviation" şirkəti həyata keçirib.

Dron dizaynını xatırladan bu nəqliyyat vasitəsi pilot da daxil olmaqla beş nəfər daşıya bilir. Şirkətin bildirdiyinə görə, bu hava taksiləri vertolyotlarla müqayisədə daha səssizdir və elektrik enerjisi ilə işlədiyi üçün sıfır emissiya yaradır.

Şirkət Manhettenin  Aşağı və Midtown ərazilərindəki mövcud vertolyot meydançalarından JFK Hava Limanına 10 dəqiqədən az müddətdə nəqliyyat təmin etməyi hədəfləyir. Hazırda isə bu məsafə ənənəvi hava taksiləri ilə təxminən 1–2 saat çəkir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
banco.az

2Mənbələr