BAKI, 29 aprel. TELEQRAF
PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasında bir mövsümdə vurulan qollara görə yeni klub rekordu müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, gürcü futbolçu "Bavariya"ya qarşı yarımfinal oyununda 2 qol vurdu.
25 yaşlı futbolçunun Çempionlar Liqasının cari mövsümündə aktivində 10 qol və 5 məhsuldar ötürmə var ki, bu da PSJ-nin yeni rekordudur.
Əvvəlki rekordçu ötən mövsüm 14 qola töhfə verən (8 qol, 6 asisst) Usman Dembele idi. Fransız futbolçu payızda göstərdiyi performansa görə "Qızıl top"u qazanmışdı.
Qeyd edək ki, PSJ ilə "Bavariya" arasında cavab oyunu mayın 6-da "Allianz Arena"da keçiriləcək.