AZ

Yevlax rayonunda avtomobilin aşması nəticəsində 10 yaşlı qız ölüb

Yevlax rayonunun Kövər kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənov Şakir Şəmil oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 2016-cı il təvəllüdlü Əliyeva Südabə Amil qızı ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
66
4
yeniazerbaycan.com

10Mənbələr