AZ

Beynəlxalq daşımalar üçün tələb olunan bütün sənədlərin mövcudluğu yoxlanılacaq

Bakı.Trend:

Gömrük orqanlarının vəzifələri artırılacaq.

Trend-inməlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenariclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklikedilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakılar da gömrük orqanlarınınvəzifəsi hesab ediləcək:

- gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrüködənişlərini almaq;

- xarici ticarət iştirakçısının ölkədən getmək hüquqununmüvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradanqalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanıngötürülməsi barədə qərar qəbul etmək;

- milli valyutanın, milli valyutada qiymətli kağızların vəvalyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyəuyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə iləmüəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;

- dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallarüzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar vəsanitariya nəzarətini həyata keçirmək;

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobilnəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilənavtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılışkartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazəblankları”nın (jurnallarının), habelə ümumi istifadədə olanavtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyatvasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılışməntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunuyoxlamaq;

- müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada mallarınidxalı ,ixracı və tranziti barədə məlumatların digər dövlətləringömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrükrəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması,beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsindəiştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasınaşərait yaratmaq;

- digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiqməqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuşhallarda onların fəaliyyətini əlaqələndirmək;

- səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktınnüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanınnəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akttərtib edildiyi və qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günüərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə)yazılı, o cümlədən elektron formada təqdim etmək.

Seçilən
52
az.trend.az

1Mənbələr