AZ

Əbülfət Mədətoğlu:O qız indi , nə iş görür ilahi?!.

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Mən  oturub  düşünürəm, görəsən -

O  qız  indi nə  iş  görür , ilahi! 

Bəlkə Səndə  bir az fikir verəsən  - 

O  qız  indi , nə  iş görür , ilahi?!.

Vərəq  gəzir, yoxsa  qələm  yazmağa,   

Yer axtarır  yuxusunu  yozmağa...

Səbəb  çoxdu  əhvalını  pozmağa - 

O  qız   indi, nə  iş  görür, İlahi?!.

Şəkilləri  bəlkə  cırıb  yandırır, 

Ya  hansısa  hədiyyəni  sındırır... 

Yoxsa  özün  nəyəsə  inandırır ? -

O  qız   indi, nə  iş  görür, İlahi?!.

Otağında  güzgülənir  bəlkə o?  

Yatağında  mürgüləyir  bəlkə o?  

Küsdüyünü  görk  eləyir   bəlkə, O?! - 

O  qız   indi, nə  iş  görür, İlahi?!.

Xatirələr  səssiz  tutub  söhbətə... 

Aramızda Sənlə  olan  hörmətə - 

Xatir, söylə   doğrusun Əbülfətə - 

O  qız   indi, nə  iş  görür, İlahi?!.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
adalet.az

1Mənbələr