AZ

Qəbul imtahanına qeydiyyat başa çatır: 134 mindən çox müraciət olundu

BAKI, 29 aprel. TELEQRAF

Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanı üçün qeydiyyatın son günüdür

Teleqraf xəbər verir ki, bu saata olan statistikaya əsasən, qeydiyyatdan keçənlərin ümumi sayı 134 883 nəfərdir. Onlardan 121 911 nəfər Azərbaycan bölməsi, 12 972 nəfər isə rus bölməsi üzrə müraciət edib.

İxtisas qrupları üzrə göstəricilərə gəlincə, 1-ci ixtisas qrupuna 32 993, 2-ci ixtisas qrupuna 27 459, 3-cü ixtisas qrupuna 27 595, 4-cü ixtisas qrupuna isə 6 407 nəfər qeydiyyatdan keçib.

Seçilən
58
teleqraf.com

1Mənbələr