Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. 1news.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır.