AZ

Çempionlar Liqası: "Atletiko Madrid" "Arsenal"ı qəbul edir

Bakı, 29 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu baş tutacaq.

AZƏRTAC xəbər verir ki, İspaniyanın "Atletiko Madrid" komandası İngiltərənin "Arsenal" kollektivini qəbul edəcək.

"Metropolitano" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Komandalar arasında cavab mayın 5-də reallaşacaq.

Yarımfinalın ilk görüşündə PSJ Fransada Almaniya "Bavariya"sını 5:4 hesabı ilə məğlub edib.

Seçilən
62
1
azertag.az

2Mənbələr