AZ

"7 il ərzində tədbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov 

Son yeddi ildə qeyri-neft özəl sektorda fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştləri tətbiq edilmişdi. Bunun nəticələri gözləntilərdən daha yuxarı oldu. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Ən böyük nəticə o oldu ki, qeyri-neft sektorunun özəl hissəndə işləyən muzdlu işçilərin sayı digər sektorda işləyənlərin sayını ötüb, bu rəqəm hazırda bir milyondan daha yüksəkdir. Burada əsas məqsəd sadəcə işçi sayını artırmaq deyil, eyni zamanda məhsuldarlıq da əsas məsələdir", - iqtisadiyyat naziri əlavə edib. 

Mikayıl Cabbarov qeyd edib ki, bu ildən bu sektora vergi hesablanmağa başlayıb və bu mərhələli şəkildə həyata keçirilir.

Seçilən
64
fed.az

1Mənbələr