AZ

Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mənzillərin birindən oğurluq edilib. 

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs mənzilə daxil olaraq 3250 manat nağd pulu və 6000 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, 59 yaşlı Ş.Abdinov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
59
day.az

1Mənbələr