AZ

Xırdalanda magistral yolun üstündə bina tikdilər - ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

Abşeron rayonu, Xırdalan şəhərində magistral yolun üzərində səki zəbt olunaraq beşmərtəbəli bina tikilib. İnşası tam başa çatmayan bina artıq indidən hərəkət iştirakçıları üçün təhlükəyə çevrilib. 

Bu barədə "Sitat.info"ya şəhər sakinləri məlumat veriblər və tikilinin videosunu redaksiyamıza göndəriblər.

Nəqliyyatın intensiv hərəkət etdiyi yolun kənarında binanın tikintisi tikinti normalarına zidd olduğu halda, bu tikiliyə necə icazə verildiyi və indiki mərhələyə qədər inşasının görməzdən gəlinməsi ciddi təəccüb və suallar doğurur. Tikilməkdə olan binanın ərazisi hasara alınıb, sakinlərin intensiv hərəkət etdiyi səki zəbt olunub. Videodan da magistral yolun necə daraldığı açıq-aydın görünür. Bina hazır olub, təhvil verildikdən sonra ərazidə necə bir tıxaca səbəb olacağı indidən bəlli olur. 

Xırdalanda tıxacların bu qədər artmasının səbəblərindən biri həm də bu cür tikililərin artmasıdır. 

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Seçilən
13
2
sitat.info

3Mənbələr