AZ

Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya Bankı (DB) 2026-2027-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2026-cı ildə 1 ton buğdanın qiyməti 253 ABŞ dolları təşkil edəcək. Bu, ötən ilin oktyabr ayında verilmiş proqnozla müqayisədə 5 ABŞ dolları azdır.

DB-nin proqnozuna əsasən, 2027-ci ildə 1 ton buğdanın qiyməti 260 ABŞ dolları olacaq ki, bu da oktyabrda verilən proqnoz göstəricidən 7 ABŞ dolları azdır.

Bankın proqnozuna əsasən, illik müqayisədə buğdanın qiyməti 2026-cı ildə 4% , 2027-ci ildə isə 2,8% artacaq.

Hesabata görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 243 ABŞ dolları olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
2
apa.az

10Mənbələr