AZ

İranın blokadası davam edəcək

“The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, Ağ Evin rəhbərineft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla İslam Respublikasının iqtisadiyyatına təzyiq göstərilməsi ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, digər variantlar — bombardmanların bərpası və ya münaqişədən çıxmaq — Vaşinqton üçün blokadanı davam etdirməkdən daha böyük risklər daşıyır.

Nəşr qeyd edir ki, Tramp İranla bağlı növbəti addımları ilə əlaqədar ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Ağ Evi açıq şəkildə Tehrana təzyiqi artırmağa çağırır, digərləri isə Hörmüz boğazının bağlanmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər verə biləcəyi, həmçinin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Qeyd edək ki, dəniz blokadasının başlanğıcından bəri ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və helikopterləri İranla əlaqəli 39 ticarət gəmisini ələ keçirib. Hazırda blokadanı təmin etmək missiyasında 39 gəmi iştrak edir.


Seçilən
102
6
azvision.az

9Mənbələr