AZ

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Bu barədə Ulusum.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.05.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı mayın 7-də 08:00-da İmişli Olimpiya İdman Kompleksində keçiriləcək.Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Seçilən
63
22
ulusum.az

10Mənbələr