Yaponiyanın Nikkei qəzeti mənbələrə istinadən xəbər verir ki, Yaponiya “İdemitsu Maru” tankerinin Hörmüz boğazından keçməsi üçün İrana heç bir rüsum və ya digər ödəniş etməyib.
Məlumata görə, tankerin təhlükəsiz keçidi Yaponiya hökuməti ilə İran tərəfi arasında aparılan əlaqələr və danışıqlar nəticəsində təmin olunub. Tokioda yüksək vəzifəli bir rəsmi bildirib ki, bu proses ödənişlə deyil, diplomatik müzakirələrin nəticəsi kimi həyata keçirilib.
Bundan əvvəl İran mediası Yaponiyanın “İdemitsu Kosan” neft emalı şirkətinə məxsus tankerin İranın köməyi ilə boğazdan keçdiyini yazmışdı.
Qeyd olunur ki, təxminən 2 milyon barel neft daşıyan “İdemitsu Maru” fevral ayının sonundan etibarən Səudiyyə Ərəbistanı sahillərində gözləmə vəziyyətində idi.