AZ

"Zəngəzur dəhlizi Naxçıvan iqtisadiyyatını gücləndirəcək" -

"Sahibkarlardan əsas gözləntilərdən biri məhsuldarlığın artırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadr potensialının formalaşdırılmasıdır".Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib. Nazir qeyd edib ki, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi, eyni zamanda uzunmüddətli layihələrə sərmayə qoyuluşu da vacib amillərdəndir.Nazir əlavə edib ki, hazırda Ələt Azad İqtisadi Zonası, sənaye parkları və işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan başqa, bu ildən Naxçıvan Muxtar Respublikası ərazisində də 10 illik vergi güzəştləri tətbiq olunur:

"Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır".

Seçilən
41
9
metbuat.az

10Mənbələr