AZ

Londonda GƏRGİNLİK: İranın "onlayn casusları" yəhudi mərkəzlərinə hücum təşkil edib

İran kəşfiyyat orqanlarının Böyük Britaniyada "Telegram" messenceri vasitəsilə terrorçu və casus şəbəkəsi qurduğu barədə ciddi iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, "Sky News" telekanalının araşdırmasına görə, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan kanallar əsasən yeniyetmələri və keçmişdə məhkumluğu olan şəxsləri hədəf seçir.

Verilən məlumata görə, bu şəxslərə müəyyən obyektlərin və ya insanların gizli çəkilişlərini aparmaq müqabilində 500-2000 dollar arasında mükafat təklif olunur. Britaniyanın terrorla mübarizə polisi artıq bu şəbəkələrin Londondakı yəhudi icma mərkəzlərinə və fars dilli media qurumlarına qarşı törədilən son yanğın hadisələrində əli olub-olmadığını araşdırır.

Təhlükəsizlik ekspertləri qeyd edirlər ki, ingilis və ivrit dillərində fəaliyyət göstərən çat-botlardan istifadə edilməsi Rusiya kəşfiyyatının iş metodlarını xatırladır və bu, Britaniya üçün milli təhlükəsizlik təhdidini artırır.

Araşdırmalar göstərir ki, kiber-fəaliyyətlərlə başlayan bu proses sonda real fiziki hücumlarla nəticələnir. Hazırda Britaniya hüquq-mühafizə orqanları bu cür onlayn platformalar üzərində nəzarəti gücləndirib və vətəndaşları şübhəli iş təkliflərinə qarşı diqqətli olmağa çağırıb. 

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr