AZ

WUF13-də qeydiyyatdan keçənlərin sayı 23 mini ötüb

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13)iştirak etmək üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdankeçib.

Trend xəbərverir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclüiqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu proses getdikcə intensivləşib və hazırda dadavam edir.

"Çox sevindirici haldır ki, bu sayın 13,3%-i sahibkarlıqsubyektlərini əhatə edir. Bu da Ümumdünya Şəhərsalma Forumutarixində ən yüksək göstəricidir", - o qeyd edib.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bumötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı(UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur.Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər vəinnovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsinitəmin etməkdir.

Seçilən
64
az.trend.az

1Mənbələr