AZ

9 May paradı hərbi texnikasız keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə mayın 9-da Moskvanın Qırmızı meydanında hərbi parad keçiriləcək.

Hafta.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Rusiya ordusunun bütün qoşun növlərinin hərbi akademiyalarının şəxsi heyəti cərgə ilə Qırmızı meydandan keçəcək. Lakin Suvorov və Naximov hərbi məktəblərinin tələbələri, kadet korpusları və hərbi texnika kolonnaları mövcud əməliyyat şəraitinə görə bu il paradda iştirak etməyəcəklər.

Nazirlik qeyd edib ki, paradın canlı yayımında Strateji Raket Qüvvələrinin komanda məntəqələri, Aerokosmik Qüvvələr və dəniz gəmiləri də daxil olmaqla xüsusi əməliyyat zonasında silahlı qüvvələrin müxtəlif qoşun növlərinin fəaliyyəti nümayiş olunacaq. Paradın aviasiya hissəsi pilotaj qrupları tərəfindən yerinə yetiriləcək və Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayan Su-25 hücum təyyarələrinin uçuşları ilə başa çatacaq.

Seçilən
21
4
hafta.az

5Mənbələr