AZ

Azərbaycan və Niderland Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər - Səfir

Bakı. Trend:

Azərbaycan və Niderland Orta Dəhlizin inkişafı çərçivəsindəəməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Trend xəbər verirki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de YonqKral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.

“Yaxın illərdə diqqət yetirmək istədiyimiz digər istiqamətlərdənbiri nəqliyyat əlaqəliliyidir, xüsusilə də Orta Dəhlizin inkişafıkontekstində. Azərbaycanın həm quruda, həm də dənizdə mühümnəqliyyat qovşağı kimi strateji əhəmiyyətini aydın şəkildə görürük.Niderland da öz növbəsində dəniz və quru marşrutları sayəsindəŞimali Avropada strateji mövqe tutur. Hesab edirəm ki, bu sahədəbir-birimizdən öyrənə biləcəyimiz çox şey var”, – deyə obildirib.

Diplomat qeyd edib ki, ölkələr arasında liman sahəsi vəlogistika üzrə artıq fəal əməkdaşlıq qurulub və tərəflər bunu dahada inkişaf etdirmək və möhkəmləndirmək niyyətindədir.

“Rotterdam limanı Avropanın ən böyük dəniz limanıdır, Bakı isətədricən mühüm regional, bəlkə də qlobal ticarət-logistikamərkəzinə çevrilir. Buna görə də biz, Bakı limanının inkişafı daxilolmaqla, daha geniş infrastruktur təşəbbüsləri çərçivəsindəəməkdaşlığın davam etdirilməsində, təcrübə mübadiləsində və birgəlayihələrin həyata keçirilməsində maraqlıyıq”, – deyə de Yonqvurğulayıb.

Məqalədə:
Seçilən
81
az.trend.az

1Mənbələr