AZ

Azərbaycan BOKT-ları I rübdə 82 milyon manata yaxın xalis mənfəət əldə edib

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 81,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 31,6 milyon manat xalis zərərlə çıxmışdı.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-mart aylarında BOKT-ların gəlirləri 175,8 milyon manat (illik müqayisədə 44,7 % çox), xərcləri 63,2 milyon manat (8,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 25,3 milyon manat (72,9 % az), gözlənilməz xərcləri 0,3 milyon manat (ötən ilin eyni dövründə olmayıb), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə çox) təşkil edib.

Xəbər yenilənəcək ...

Seçilən
49
far.az

1Mənbələr