ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2026-cı iin I rübündə 81,7 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2025-ci ilin eyni dövrünü 31,6 milyon manat xalis zərərlə başa vurmuşdu.
Məlumata görə, bu ilin 1 aprel tarixinə BOKT-ların aktivləri 1 milyard 471.4 milyon manat olub. Bu da illik müqayisədə 532,5 milyon manat və ya 56,7% çoxdur.
Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 55,6% artaraq 804,4 milyon manata, balans kapitalı isə 58,1% artaraq 667 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.