AZ

"Bir gün əvvəl belə ssenarinin olacağını hiss edirdim" - Vensan Kompani

"Bayern" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin səfər oyununda Fransa nəhəngi PSJ-yə məğlub (4:5) olub.

Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin belçikalı baş məşqçisi Vensan Kompani klubun saytına açıqlamasında oyun barədə fikirlərini bildirib.

"İki komanda oyuna bu cür münasibətlə yanaşanda, belə ssenari baş verə bilir. Bir gün əvvəl belə bir gedişatın mümkünlüyünü hiss edirdim. 

Əlbəttə ki, Çempionlar Liqasının yarımfinalında səfərdə beş qol buraxsanız, adətən mübarizə bitmiş sayılar. Amma biz qarşılığında dörd qol vurduq, daha iki və ya üç qol vura bilərdik. Beləliklə, indi mənzərə aydındır: evdə cavab oyunumuz var və qalib gəlməliyik. Biz bunu "Allianz Arena"da tez-tez, azarkeşlərimizin dəstəyi ilə edirik. Ona görə də uğura inanırıq.

Əsasən, hücumlarımızda həmişə rəqiblər üçün təhlükəli ola biləcəyimizi hiss edirdik. Topa sahibolma faizində azacıq da olsa, üstün idik. Bununla belə, PSJ qapısı qarşısında çox sürətli idik. Fakt budur ki, Parisdə vurulan dörd qol bu rəqibə evdə də qollar vura biləcəyimizi təsdiqləyir. Bunu sübut edəcəyik. 

İndi təkmilləşdirməli olduğumuz şeylər üzərində işləmək üçün bir həftəmiz var. İnam yüz faizdir, finala çıxmaq hissi də eynidir. Bizə azarkeşlərin "Real Madrid"ə qarşı olduğu kimi eyni ehtirasla dəstəyi lazımdır".

"Bayern Münhen" və PSJ arasında cavab oyunu mayın 6-da "Allianz Arena"da keçiriləcək.

Mirağa

Seçilən
46
fanat.az

1Mənbələr