AZ

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

Bakı. Trend:

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən dahabir uğurlu anlaşmaya imza atıb.

Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olanMashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞdolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdinagenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi CommercialBank çıxış edib.

Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalqmaliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmişnövbəti iri məbləğli sindikativ kreditdir.

Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğindəsindikatlaşdırılmış kredit cəlb etmişdi.

Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçündaha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həmAzərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyəmövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir.

Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişafstrategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlüiri layihələrin maliyyələşdirilməsinə yönələcək.

ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalqimicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialınıgücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsirgöstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətlivəsaitlərin cəlbinə, Bankın investor sayının və regionaləhatəliliyinin genişlənməsinə imkan yaradır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Seçilən
60
10
az.trend.az

10Mənbələr