Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları 2026-cı ilin I rübünü 0,7 milyon manat xalis zərərlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2025-ci ilin eyni dövrünü isə 0,18 milyon manat xalis zərərlə başa vurmuşdu.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2% azdır.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,7% azalaraq 2,6 milyon manata, balans kapitalı isə 3,1% azalaraq 9,5 milyon manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!