AZ

Son 10 ildə Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb

Bakı. Trend:

2015-ci ilin əvvəlində Azərbaycanda 677 min sahibkarlıq subyektimövcud idisə, 2025-ci ilin sonuna 1 milyon 680 mini keçərək son 10ildə təxminən 2,5 dəfə artıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu günBakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusundakeçirilən tədbirdə deyib.

O bildirib ki, Sahibkarlar Gününün təsis olunmasından ötən 10 ilərzində ölkədə sahibkarlıq mühiti mahiyyət etibarilə yeni mərhələyəkeçib:

"Əgər 2015-ci ilin əvvəlində sahibkarlıq daha çox formalaşma vəinstitusional quruculuq mərhələsində idisə, 2025-ci ilin sonunagəldikdə biz artıq genişlənmiş, rəqəmsallaşmış və daha inklüziv birsahibkarlıq modelini müşahidə edirik.

Rəqəmlərin müqayisəsi göstərir ki, 2015-ci ilin əvvəlindəAzərbaycanda 677 min sahibkarlıq subyekti mövcud idisə, 2025-ciilin sonuna 1 milyon 680 mini keçərək son 10 ildə təxminən 2,5 dəfəartıb.
Bu artımın strukturuna baxdıqda isə çox vacib tendensiyanı görəbilirik, belə ki, hüquqi şəxslərin sayı 10 il ərzində 126% artıb.Bir sözlə, Azərbaycanda sahibkarlıq say baxımından böyüyüb,struktur baxımından sabitləşib, sosial baxımdan isə genişlənib.

Digər mühüm dəyişiklik isə rəqəmsallaşmadır. Əgər 2015-ciillərdə sahibkarlıq daha çox ənənəvi üsullarla fəaliyyətgöstərirdisə, bu gün elektron qeydiyyat, onlayn xidmətlər vərəqəmsal platformalar biznes mühitinin ayrılmaz hissəsinə çevrilib.Bu isə sahibkar üçün həm vaxt, həm də resurs baxımından ciddiüstünlüklər yaradır".

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milliiqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr