AZ

Krımda partlayış törətmək istəyən şəxs TUTULDU – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror aktı hazırlamaqda şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İddiaya görə, saxlanılan şəxs Kiyevdəki kuratorunun tapşırığı ilə Krımda enerji obyektlərini və güc strukturlarının rəhbərlərindən birini hədəfə almağı planlaşdırıb.
 

Rusiya xüsusi xidmət orqanlarının məlumatına əsasən, şübhəli şəxs partlayış törətməyə hazırlaşarkən saxlanılıb.


Onun üzərində və yaşadığı yerdə fuqas tipli partlayıcı qurğu, həmçinin daha iki partlayıcının hazırlanması üçün detallar aşkarlandığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr