Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə hər il 1.000.000 tona qədər tullantı təhvil verilir. Çeşidləmə prosesi zamanı bəzən tullantıların içərisindən nəqliyyat vasitələrinə aid sənədlər və dövlət nömrə nişanları tapılır.
Avtosfer.az xəbər verir ki, qurumun təşəbbüsü ilə həyata keçirilən “Tapqaytar” layihəsi çərçivəsində həmin sənədlər və dövlət nömrə nişanları Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilir.
Yeni tapılan nömrələr bunlardır:
90-YB-923
77-FL-439
90-JK-933
Qeyd edək ki, itirilmiş sənədlərin dublikatı mümkün olsa da, dövlət nömrə nişanları tapılmadığı halda eynisinin təkrar əldə edilməsi mümkün deyil.
Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.