AZ

Avropa rekord istilərlə 2025 ci ildə ekstremal hava qitəni bürüyüb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni beynəlxalq hesabat Avropada son illərin ən ciddi iqlim böhranlarından birinin yaşandığını ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, 2025-ci ildə qitənin 95 faizindən çoxu qeyri-adi istilərlə əhatə olunub, bəzi bölgələrdə temperatur rekord həddə yüksəlib.

Xüsusilə Şimali Avropada vəziyyət daha kəskin olub. İyul ayında Arktika dairəsi daxilində temperatur 30°C-ni keçib. Skandinaviya ölkələri – Norveç, İsveç və Finlandiya – 21 gün davam edən güclü istilik dalğası ilə üzləşib və adətən sərin iqlimi ilə tanınan bu ölkələrdə “tropik gecələr” qeydə alınıb.

Elmi məlumatlara əsasən, Avropada orta temperatur 1990-cı illərin ortalarından bu yana hər onillikdə 0.56°C artıb. Bu artım qitəni dünyada ən sürətlə isinən regiona çevirib və əsas səbəb kimi fosil yanacaqlardan yaranan istixana qazları göstərilir.

İqlim dəyişikliyi yalnız temperatur artımı ilə məhdudlaşmayıb. Avropada dəniz səthinin temperaturu rekord səviyyəyə çatıb, qar örtüyü 31%, qar kütləsi isə 45% azalıb. Svalbard bölgəsində istiləşmə Avropa orta göstəricisindən 3–4 dəfə yüksək qeydə alınıb.

2025-ci ildə baş verən meşə yanğınları da ciddi fəsadlar yaradıb. Qitə üzrə 1 milyon hektardan çox ərazi yanıb ki, bu da əvvəlki rekorddan yüksəkdir. Ən ağır zərbə İspaniyaya dəyib – Avropadakı yanğınların 38 faizi bu ölkənin payına düşüb və könüllü xilasedicilər həyatını itirib.

Hesabatda həmçinin buzlaqların sürətlə əridiyi bildirilir. Qrenlandiya buz qalxanı 139 giqaton buz itirib və bu, qlobal dəniz səviyyəsinin artmasına səbəb olub.

Mütəxəssislər vəziyyəti kritik qiymətləndirir. Greenpeace nümayəndələri və beynəlxalq iqlim təşkilatları hökumətləri təcili tədbirlər görməyə çağırır. BMT isə qlobal istiləşmənin 1.5°C həddində saxlanmasının getdikcə daha çətin olduğunu, lakin bu həddi aşmanın mümkün qədər məhdudlaşdırılmalı olduğunu bildirir.

Ekspertlər Avropada iqlim risklərinə uyğunlaşma siyasətinin gücləndirilməsini, şəhərlərin daha yaşıl infrastruktura keçməsini və emissiyaların kəskin azaldılmasını vacib sayırlar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
icma.az

1Mənbələr