AZ

Yevlaxda avtomobilin aşması nəticəsində 10 yaşlı qız ölübFOTO

Yevlax rayonunun Kövər kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Şuşa şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənov Şakir Şəmil oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 2016-cı il təvəllüdlü Əliyeva Südabə Amil qızı ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

  • Yevlaxda
Seçilən
55
4
xezerxeber.az

10Mənbələr