AZ

"Fənərbaxça" matçında göstərdiyi şou generalı işindən etdi

"Konyaspor" - "Fənərbaxça" matçı zamanı stadionun üzərindən uçan F-16 və Sikorski UH-60 helikopterləri müzakirə mövzusuna çevrilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Belə ki, "Konyaspor"un "Fənərbaxça"nı məğlub etdiyi oyunda, ilk hissədə stadionun üzərindən uçan  F-16 və Sikorski UH-60 diqqət çəkib.

Uçuşların "Konyaspor"la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri general-mayor Mete Kuşun əmri ilə həyata keçirildiyi məlum olub. Bu, Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayor Mete Kuş başqa vəzifəyə təyin edilib. O, Konyadakı 3-cü Əsas Reaktiv Baza və Qarnizon komandiri vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb. 

Bu təyinat Türkiyə Silahlı Qüvvələri daxilində "rütbənin aşağı salınması" kimi şərh edilib. 

Gülayə Mecid

Seçilən
39
2
unikal.az

3Mənbələr