İranın Zahedan şəhərində polis patrul xidmətinə hücum olub.
APA-nın Tehran bürosunun məlumatına görə, Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.
Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar, onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
"Cebheinfo.az"