İngiltərə Kralı Çarlzın rəsmi şam yeməyində ABŞ Prezidenti Trampa ünvanladığı yumoristik ifadələr qlobal miqyasda əks-səda doğurub.
Kral Çarlz çıxış edərək Trampın Avropa ölkələri haqqında keçmişdə verdiyi açıqlamanı xatırladıb və deyib: "Cənab Prezident, bu yaxınlarda açıqlama verdiyiniz verdiniz. Əgər ABŞ olmasaydı, Avropa ölkələri indi alman dilində danışırdı".
sonra Kral Çarlz zalda gülüşə səbəb olan bu sözləri deyib: "Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, indi fransız dilində danışırdınız"
Şam yeməyində hədiyyə mübadiləsi də olub. Kral Çarlz Prezident Trampa İkinci Dünya Müharibəsi zamanı xidmət etmiş HMS Trump sualtı qayığının zəngini hədiyyə edib. Yenə də yumoristik davranışına davam edən Kral Çarlz deyib: "Bir şeyə ehtiyacınız olarsa, zəngi çalın köməyinizə gələrik"...
Tahir TAĞIYEV