ain.az, 525.az saytına istinadən bildirir.
“Bu gün marketə gedən istehlakçı hər zaman daha təbii və keyfiyyətli məhsulu seçə bilmir. Həmçinin məhsulların rəflərdə aydın şəkildə fərqləndirilməsi də bir çox hallarda mümkün olmur. Bəzən keyfiyyətsiz, bəzən də saxlanma şəraiti uyğun olmayan məhsullar satışa çıxarılır. Hətta böyük restoranlarda belə köhnə və keyfiyyətsiz məhsulların təqdim edilməsi ilə bağlı şikayətlər olur, monitorinqlər aparılır”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Onun sözlərinə görə, son istifadə tarixi keçmiş məhsullara da rast gəlinir. Xüsusən məni narahat edən məqamlardan biri gənclərin və yeniyetmələrin bu sahədə maarifliliyinin zəif olmasıdır. Onlar bir çox hallarda etiket məlumatlarına baxmırlar, son istifadə müddətini yoxlamırlar. Küçə satışları da hələ də qalır:
“Süd, süd məhsulları, ət məhsulları kimi yüksək risk qrupuna aid qidalar “kənd məhsulu” adı ilə təqdim olunur. Ona görə də bazardakı vəziyyəti tam qənaətbəxş hesab etməzdim”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.