AZ

Qazaxıstanda narkoticarətlə əlaqəli kriptoşəbəkəsinə qarşı əməliyyat

Qazaxıstan hüquq-mühafizə orqanları qeyri-qanuni kriptovalyuta əməliyyatlarına qarşı mübarizəni gücləndirməkdə davam edir.

“İki sahil” xəbər verir ki,  Qazaxıstan Maliyyə Monitorinqi Agentliyi (AFM) tərəfindən yayılan məlumata görə, “RAKS Exchange” adlı kölgə kriptomübadilə servisindən əvvəlcədən dondurulmuş 3,2 milyon dollar vəsait müsadirə olunub.

Agentliyin açıqlamasına əsasən, sözügedən kriptoservis vasitəsilə Rusiya, Ukrayna, Qazaxıstan və Moldova ərazilərində fəaliyyət göstərən 200-dən çox narkomarketin maliyyə əməliyyatları həyata keçirilib. “RAKS Exchange” üzərindən keçən ümumi dövriyyənin təxminən 225 milyon ABŞ dolları təşkil etdiyi bildirilir.

Məlumata görə, kriptoservis 2025-ci ilin sentyabr ayında ləğv edilib. Əməliyyat zamanı “RAKS Exchange” ilə əlaqəli 67 kriptocüzdan bloklanıb, ümumilikdə isə 9,7 milyon dollar məbləğində vəsait dondurulub.

AFM rəsmiləri qeyd ediblər ki, həyata keçirilən tədbirlər nəticəsində iri həcmli narkotik tədarükünün qarşısı alınıb, satış infrastrukturu dağıdılıb və bir sıra onlayn narkotik mağazalarının fəaliyyəti dayandırılıb.

Hazırda istintaq davam edir və iş üzrə əlavə tədbirlərin görüləcəyi istisna olunmur.

Seçilən
49
ikisahil.az

1Mənbələr