Bolnisi bələdiyyəsinin Kolayır (Tsurtavi) kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu vuraraq onun ölümünə səbəb olub.
Hadisədən sonra sürücü gecə saatlarında polis tərəfindən saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır. İlkin məlumata əsasən, hadisə aprelin 28-də saat 18:30 radələrində Marneuli–Bolnisi magistralının Kolayır kəndindən keçən hissəsində qeydə alınıb. Uşaq ağır vəziyyətdə Aversi klinikasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, avtomobili idarə edən 19 yaşlı sürücü Daşdıqullar kəndi sakinidir və hərbi xidmətdən qısa müddətli məzuniyyətə gəlibmiş.
Hadisədən sonra azyaşlının cəsədinin ailəsinə məlumat verilmədən ekspertizaya aparılması yerli sakinlərin narazılığına səbəb olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şahanə Rəhimli
Musavat.com