AZ

Göstərdiyi şou onu işindən etdi

Ajans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Belə ki, "Konyaspor"un "Fənərbaxça"nı məğlub etdiyi oyunda, ilk hissədə stadionun üzərindən uçan  F-16 və Sikorski UH-60 diqqət çəkib. Uçuşların "Konyaspor"la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri general-mayor Mete Kuşun əmri ilə həyata keçirildiyi məlum olub. Bu, Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb. Hadisədən sonra general-mayor Mete Kuş başqa vəzifəyə təyin edilib. O, Konyadakı 3-cü Əsas Reaktiv Baza və Qarnizon komandiri vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb. 

Bu təyinat Türkiyə Silahlı Qüvvələri daxilində "rütbənin aşağı salınması" kimi şərh edilib. 

Seçilən
14
2
Ajans.az

3Mənbələr