AZ

Azərbaycanın Ai 92 markalı benzin və dizel yanacağı idxalı nəylə bağlıdır? Mütəxəssis rəyi

ain.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan hökuməti Dövlət Neft Şirkətinə (SOCAR) 11 ay ərzində  ölkəyə Aİ-92 benzin və dizel yanacağının idxalı üçün KVOTA tətbiq edib. Nazirlər Kabinetinin müvafiq qərarında bildirilir ki, sözügedən müddətsə SOCAR-ın idxal edəcəyi Ai-92 markalı benzin 205 min ton, dizel yanacağının həcmi isə 201 min ton həddini aşmamalıdır.  Dövlət Statistika Komitəsinin hesabatlarına  əsasən, Azərbaycan Ai-92 markalı benzinin idxalının ən yüksək həcmini 2024-cü ildə həyata keçirib. Həmin il 262,4 min ton AI-92 markalı avtomobil benzinin idxalı 225,85 milyon dollar ödəniş həyata keçirilib”. 

Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, hökumət ölkə daxilində dövlət tərəfindən tənzimlənən avtomobil yanacağı qiymətlərinin sabitliyininin təmin edilməsi və daxili bazarın fasiləsiz yanacaqla təchizatının qorunması məqsədi ilə 11 ay ərzində ölkəyə idxal ediləcək yanacağa simvolik AKSİZ vergisi tətbiq edib - hər ton üçün 1 manat:

“Bəs hökumət niyə belə qərar verib? Əslində belə qərarların verilməsi yenilik deyil. Hökumət o zaman bu cür addımlar atır ki, yanacaq istehsal edən Bakı neft emalı zavodu illik cari təmirə və modernizasiya işləri məqsədi ilə fəaliyyətinə müvəqqəti fasilə verir. Adətən bu müddət 1-2 ay çəkir. Ona görə də hökumət əvvəllər ölkənin daxili yanacaq tələbatının ödənilməsi və qiymətlərin stabilliyini saxlamaq üçün idxal vergisinin 3-4 ay müddətinə tətbiq edirdi.  Bəs indi niyə bu az qala 1 ilə yaxın müddətə tətbiq edilir? Məntiqlə bu, zavodda aparılacaq təmir və modernizasiya işləri dövrünü və NEZ işə düşdükdən sonra mövcud istehsal gücünü yığana qədər olan dövrü əhatə etməlidir. 

Kənar müşahidə ilə bu qənaətə gəlmək olar. Amma daha dəqiq və dolğun cavabı təbii ki, hökumətin özü, ya da zavodun sahibi - SOCAR  verə bilər”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
525.az

2Mənbələr