AZ

Fransa səfiri Hörmüzə görə BMT-də ABŞ-ı ittiham etdi…



Əli Orucov: “Hörmüzün bağlanması Fransa iqtisadiyyatına da mənfi təsirini göstərməkdədir”

BMT Təhlükəsizlik Şurasının iclasında Hörmüz boğazının açılması məsələsini müzakirə edib. Fransanın BMT-dəki daimi nümayəndəsi Hörmüz boğazındakı gərginliklə bağlı ABŞ və İsrailin siyasətini tənqid edib. Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının aydın məqsədlərinin olmadığını və beynəlxalq hüquq çərçivəsindən kənara çıxdığını bildirib.

Fransa ABŞ-ın Hörmüz boğazı ilə bağlı təşəbbüslərini (o cümlədən dəniz blokadasını) dəstəkləməkdən imtina edib və bu addımları beynəlxalq hüquqa zidd adlandırıb.

Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik azadlığını bərpa etmək üçün ABŞ və İsraildən müstəqil, müdafiə xarakterli çoxmillətli sülh missiyası yaratmaq təşəbbüsü ilə çıxış ediblər.

2026-cı ilin yazında Hörmüz boğazında gərginlik yüksək həddə çatıb və Fransa tərəfləri gərginliyi azaltmağa çağırıb. Fransa, İranın nüvə və raket proqramlarına dair narahatlıqlarını dilə gətirsə də, ABŞ-ın hərbi blokada yanaşmasını qəbul etməyib.

Maraqlıdır ki, Fransa nümayəndəsi ABŞ və İsraili pisləyərək onları beynəlxalq hüquqa zidd müharibə aparmaqda suçlayıb. Bu nə demək olur?

Politoloq Əli Orucov baki-xeber.com-a bildirdi ki, BMT Təhlükəsizlik Şurası bir ayda artıq ikinci dəfədir, İran qarşı ABŞ-İsrail koalisiyasının hücumundan sonra yaranmış vəziyyətlə bağlı iclasını keçirir, sənəd qəbul etmək üçün toplaşır, lakın hər ikisində də daimi üzvlərindən olan Rusiya və Çinin vetosu ilə heç bir nəticə hasil olunmur: “BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində keçirilən “Dəniz su yollarının təhlükəsizliyi və mühafizəsi” mövzusundakı iclasında çıxış edən Baş Katib Antonio Quterreş Hörmüz boğazındakı fasilələrin qlobal qida böhranını tətikləmə riski daşıdığını bildirərək, boğazın açılması və qlobal iqtisadiyyatın nəfəs almasına şərait yaradılması ilə bağlı çağırış edib.Müharibənin bitməməsi və Hörmüz boğazının bağlanması Oman körfəzində ABŞ-ın tətbiq etdiyi blokada vəziyyəti daha da mürəkkəbləşdirir. Qlobal iqtisadi və sosial böhrana sürükləyir. Enerji zəncirini qırılması, təkcə nef-qaz tədarükükn deyil, digər daşımaların da məhdudlaşdırılması ərzaq təminatında da sıxıntılara gəririb çıxaracaq haldır”.

Ə.Orucovun sözlərinə görə, ABŞ və İranın ambissiyaları və yalnız öz maraqları prizmasından düyaya baxmaları təbii olaraq beynəlxaql təpkiləri də narazılıqları da artırır. “Müharibəyədək İranı təhlükə sayan Qərb Vaşiqtonun təktərəfli qərarlar qəbul etməsi və beynəlxalq hüquqa açıq sayğısızlığından öz ənənəvi müttəfiqinə qarşı qoyub. İspaniya, Böyük Britaniya, Fransa və Almaniya kimi ABŞ-ın güclü NATO müttəfiqləri nəinki dəstəkdən imtina edirlər, hətta buna tənqidi yanaşırlar.Fransanın sərt ritorikası təsadüfi deyil. Əvvəla qeyd etmək lazımdır ki, Paris ABŞ-ın himayəsindən ayrılan Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında kild nöqtə olmaq iddiasındadir. Nüvə silahına malik olması onun çəkindirici faktora çevirir. İkincisi, Fransanın Yaxın Şərqdə, Körfəzdə milli maraqları var və həmin maraqlar da İsrail-ABŞ müttəfiqliyinin başlaydığı müharibələrdə risk altına düşüb. Əlaxüsus da Livan Parislə sıx əlaqlərə malikdir. Hörmüzün bağlanması Fransa iqtisadiyyatına da mənfi təsirini göstərməkdədir. Digər vacib bir məqam Fransanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvülərindən biri olaraq dünya düzənindəki rolunun itirilməsidir. BMT-nin işlək qurum olmaması və sülhün, təhlükəsizliyin qorunmasındakı funksiyasını, müharibələrin nizamlanmasındakı rolunu itirməsi Parisi də qane etmir. Bütün bunlar ABŞ-ı İrana qarşı apardığı müharibəyə görə Fransanın sərt qınağına gətirir.D.Tramp-E.Makron arasında şəxsi münasibətlərin pisləşməsi də düşünürəm ki, ABŞ-Fransa ziddiyyətlərinin dərinləşməsində özünü göstərməkdədir”-deyə Ə.Orucov bildirdi.

İradə SARIYEVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr