AZ

Azərbaycanda şok hadisə: Naməlum şəxslər “nisyə dəftərləri”ni bağlayır

Azərbaycanda naməlum şəxslər müxtəlif adamların marketlərə olan borclarını ödəyirlər, lakin kimliklərini də açıqlamırlar. 

"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Amid Əliyev bildirib. 

O qeyd edib ki, bəzi marketlərdə, xüsusilə də məhəllə marketlərində "nisyə dəftəri" olur:  "İnsanlar ala bilmədiklərini oraya yazdırır, sonra ödəyərlər deyə...

Amma bəzən həmin ödənişi etmək çox çətin olur. Həyatın hazırladığı imtahanlar və çətinliklər buna maneə olur. Nəticədə isə "nisyə dəftəri" günbəgün qalınlaşır, adların və rəqəmlərin sayı artır.

İndi isə təsəvvür edin ki, səhər durub marketə gedirsiniz, satıcı sizə deyir:

"Sizin borcunuz bağlanıb."

"Kim bağlayıb?"

"Bilmirəm, bir nəfər gəldi, ödədi, getdi."

Bu, Azərbaycanda real olaraq baş verir. Daha çox "Ramazan" və "Qurban" bayramlarında buna rast gəlmək olur. Tanımadığın birinin yükünü götürən, adını belə deməyən insanlar var aramızda.

Heç bir kamera yoxdur. Heç bir alqış yoxdur. Sadəcə, bir əməl və əməldən yaranan yüzlərlə rahatlıq və sevinc. 

Və o an bəlkə də çoxumuz tərəfindən müşahidə edilməyən unudulmaz bir mənzərə yaranır; rahatlıqla alınan nəfəslər və gülərək ağlayan gözlər!!!

Sevindirici haldır ki, hələ də adını deməyən, üzünü göstərməyən yalnız yaxşılığı edə bilən insanlar var".

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
76
2
yenisabah.az

3Mənbələr