İranda polis patrul xidmətinə hücum olub.

Leqal.info xəbər verir ki, Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.

Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Leqal.info