AZ

İtkin milyoneri tapan varlanacaq

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Kaliforniya ştatında 74 yaşlı milyonçu Naiping Hou 2025-ci il mayın 4-də müəmmalı şəkildə yoxa çıxıb.

 Ailəsinin etdiyi itkin düşmə müraciətindən sonra yaşlı iş adamı təxminən bir ildir hər yerdə axtarılsa da, ondan indiyədək heç bir iz tapılmayıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, axtarışlara ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) da cəlb olunub. 

Araşdırma zamanı Naiping Hounun bank hesabından 1 milyon dollardan çox vəsaitin çıxarıldığı və internet bankçılığı vasitəsilə qızıl alındığı müəyyən edilib.

İstintaqı aparan qurumlar şübhəlilərin Naiping Hounun telefonundan istifadə edərək onun adından maliyyə əməliyyatları həyata keçirdiyini ehtimal edir.

Ailə isə milyonçunun tapılmasına kömək edəcək məlumat verən şəxslərə 250 min dollar mükafat vəd edib.

Əfsanə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr