Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən “Onun adı nə idi?” mahnısı və klipi rekorda imza atıb.
Busaat.az xəbər verir ki, ekran işi yutubda Azərbaycan üzrə birinci pilləyə yüksəlib. 784 mindən çox izlənən klip yutubda trendə olan videolar sırasında birincidir.
“Apple Music”də Top üçlükdədir. Eyni zamanda mahnıya TikTok-da 25 mindən çox video çəkilib.
Mahnı Türkiyədə Spotify-da da yer alıb.
Qeyd edək ki, söz və musiqisi Miroya məxsus olan mahnının klipi rejissor Delee Orucluya həvalə edilib.