Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda azyaşlı müəmmalı şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən Hematologiya və Transfiziologiya İnstitutunda qeydə alınıb.
Orada müalicə alan 3 yaşlı Nəzrin dünyasını dəyişib.
Uşağın atası Teymur Kərimov hadisə ilə bağlı polisə şikayət edib.
O, şikayətində qızının həkim səhlənkarlığı səbəbindən öldüyünü iddia edir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisəyə Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.