Kürdəmir rayonunda yanğın olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rayonunun Yenikənd kəndində ümumi sahəsi 168 m² olan ikiotaqlı evin yanar konstruksiyaları 144 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.