AZ

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

Aktrisa Liza Kudrou "The Times" nəşrinə müsahibəsində əsasən kişilərdən ibarət olan "Dostlar" serialının ssenarist komandasındakı toksik təzahürlər barədə danışıb.

Kulis.az xəbər verir ki, Kudrounun sözlərinə görə, əgər çəkilən səhnə 400 nəfərlik canlı auditoriyada ideal reaksiya doğurmazdısa, ssenaristlər aktyorları sərt şəkildə tənqid edirdilər.

"Bu ifritə heç oxumağı bacarır?"

"Onlar belə deyə bilərdilər: "Bu ifritə heç oxumağı bacarır? Heç cəhd də eləmir. O, mənim replikamı məhv etdi", – deyə Kudrou deyib.

Daha bir xoşagəlməz məqam ssenaristlərin istirahət otağındakı söhbətləri olub. Məşhur aktrisanın sözlərinə görə, layihədəki həmkarları gecə yarıyadək Cennifer Eniston və Kortni Koks haqqında öz seksual fantaziyalarını müzakirə edirdilər.

"Bu, çox ağır idi", – deyə aktrisa etiraf edib.

Məhkəmə ssenaristlərə bəraət vermişdi

Kudrounun danışdıqları 1999-cu ildə ssenaristlərin köməkçisi Amani Laylın cinsi qısnama ittihamı ilə üç həmkarını məhkəməyə verdiyi hadisələrlə üst-üstə düşür.

Həmin vaxt qadın məhz bu cür əxlaqsız söhbətləri dinləməyə məcbur edildiyini iddia edirdi. Lakin o zaman məhkəmə onun tərəfini tutmamış, deyilən ifadələri məqsədyönlü təqib deyil, "yaradıcılıq prosesinin bir hissəsi" hesab edərək işi bağlamışdı.

Seçilən
61
kulis.az

1Mənbələr