AZ

Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir

BAKI, 29 aprel. TELEQRAF

Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti müəyyənləşir.

Teleqraf xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti 24 (iyirmi dörd) ay təşkil edəcək.

Göstərilən müddət ərzində son istifadə xüsusi gömrük prosedurunun məqsədinə nail olunmadıqda, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti üzrə həmin müddəti 12 (on iki) aya qədər uzadılacaq.

Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Qeyd olunan müddət müddət başa çatanadək mallar gömrük ərazisindən aparılmalı və ya digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir.

Son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilmiş məqsədlərə uyğun olaraq malların istifadəsi və ya emalı nəticəsində yaranan tullantılar, qalıqlar və təbii itkilər son istifadə üçün nəzərdə tutulmuş mallar kimi nəzərə alınacaq.

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların məhv edilməsi nəticəsində yaranan tullantılar və qalıqlar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilir.

Seçilən
36
teleqraf.com

1Mənbələr